AZ

NATO ÇAĞIRIŞ ETDİ - Təyyarə qəzası hərtərəfli araşdırılsın

NATO-nun sözçüsü Fərəh Daxlallah Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Bu barədə NATO-nun sözçüsü "X" platformasında paylaşım edib.

O bildirib ki, hadisəni hərtərəfli araşdırmaq lazımdır:

"Fikirlərimiz və dualarımız Azərbaycan Hava Yolları J28243 təyyarəsinin qurbanları və onların ailələri ilədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayır və hərtərəfli araşdırmaya çağırırıq".

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza səbəbilə dekabrın 26-sı Azərbaycanda matəm elan olunub.

Seçilən
11
2
paytaxt.org

10Mənbələr