Bakı. Trend:
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyatakeçirən təyyarənin sağ qalan Azərbaycanlı sərnişinləri xəstəxanadanAktau şəhərinin hava limanına aparılır.
Bu barədə Trend-ə yaralılar müşayiət edən şəxslərdən biriməlumat verib.
Bildirilib ki, təyyarə qəzasında yaralanan Azərbaycanvətəndaşları təyyarə ilə Bakıya gətiriləcəklər.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycanvətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb.Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb.Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.
Təyyarənin ekipaj üzvlərindən hər iki pilot həlak olub, digər 3nəfər sağ qalıb.