Çinin avtomobil nəhəngi BYD qlobal bazarlara genişlənərkən, yüksək texnologiya sahəsində də addımlar atır.

İndex.az xəbər verir ki, şirkət insanabənzər robotların hazırlanması üçün xüsusi laboratoriya yaradacaq.

Məlumatlara görə, BYD insanabənzər robotlar da daxil olmaqla, təcəssüm olunmuş süni intellekt məhsullarını inkişaf etdirmək üçün “Gələcək Laboratoriya” adlı xüsusi komanda yaradıb.

BYD bu yeni laboratoriya üçün yüksək maaşlarla istedadlı mühəndislər və tədqiqatçılar axtarır.