AZ

Rusiya aeroportlarında məhdudiyyətlər tətbiq edildi

Rusiyanın Şeremetyevo, Domodedovo, Vnukovo, Jukovski və Kaluqa hava limanlarının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd olunur ki, növbəti PUA hücumu təhlükəsi səbəbindən adı çəkilən hava limanlarında "Kovyor" planı tətbiq edilib.

Gediş-gəliş reysləri təxirə salınıb. Saat 15:45-dən etibarən təyyarələrin qəbulu dayandırılıb.

Bizim.Media

Seçilən
4
11
bizim.media

10Mənbələr