AZ

Qazaxıstan Rusiya və Azərbaycanın qəza ilə bağlı məhkəmə-tibbi ekspertizada iştirakına icazə verməyəcək - Kanat Bozumbayev

Bakı. Trend:

Qazaxıstan Aktau yaxınlığında baş vermiş təyyarə qəzası iləbağlı Rusiya və Azərbaycan mütəxəssislərinin məhkəmə-tibbiekspertizada iştirakına icazə verməyəcək.

Trend Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədəQazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev məlumatverib.

Bozumbayevin sözlərinə görə, əcnəbi mütəxəssislər qəzanınaraşdırılmasında iştirak edə biləcəklər.

“Cinayət Prosessual Məcəlləsinə əsasən, Rusiya və Azərbaycanınhüquq-mühafizə orqanlarının cinayət təhqiqatında iştirakı nəzərdətutulmur. Bununla belə, onlara təyyarə qəzası ilə bağlıaraşdırmalarda iştirak etmək imkanı veriləcək”, - deyə baş nazirinmüavini vurğulayıb.

Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.

Seçilən
20
50
az.trend.az

10Mənbələr