Bakı. Trend:
Türkiyə, Rusiyaya gedən “Cordelia Moon” tankerində yaranmışnasazlıq səbəbindən Bosfor boğazında dayandırılmış gəmilərinhərəkətini bərpa edib.
Trend-inməlumatına görə, bu barədə Avropa KİV-i xəbər yayıb.
Daha əvvəl Panama bayrağı altında üzən tankerin mühərrikindətexniki nasazlıq səbəbindən boğazın tranzit üçün müvəqqətibağlandığı bildirilib. Türkiyə Nəqliyyat Nazirliyi bildirib ki,hadisə yerinə yedək gəmilər göndərilərək problemi olan gəminintəhlükəsizliyi təmin edilib.