1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ötən gün qəzaya uğrayan təyyarənin sərnişinlərindən biri də Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Ramin İbrahimovdur.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, atası Mahir İbrahimov bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş.
"Subay idi, qardaşı qəza ilə bağlı sosial şəbəkələrdən öyrənib, mən də televiziyada gördüm. Hamı təlaşla ora-bura qaçırdı, baxdım ki, oğluma oxşayanlar var amma seçə bilmədim. Özünə isti paltarlar almışdı ki, ora soyuqdur. Axşam da yola saldıq, getdi. Sonuncu dəfə 8 radələrində danışdıq, dedi ki, gömrüyü keçib, təyyarəni gözləyir".
Ətraflı süjetdə: