“Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Tərtərdə də anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da Azərbaycanın Dövlət Bayrağı endirilib, keçirilməsi nəzərdə tutulan kütləvi tədbirlər təxirə salınıb, saat 12:00-da təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 26 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında matəm elan edilib.