Ötən gün qəzaya uğrayan təyyarənin sərnişinlərindən biri də Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Ramin İbrahimovdur...
APA TV xəbər verir ki, atası Mahir İbrahimov bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş.
"Subay idi, qardaşı qəza ilə bağlı sosial şəbəkələrdən öyrənib, mən də televiziyada gördüm. Hamı təlaşla ora-bura qaçırdı, baxdım ki, oğluma oxşayanlar var amma seçə bilmədim. Özünə isti paltarlar almışdı ki, ora soyuqdur. Axşam da yola saldıq, getdi. Sonuncu dəfə 8 radələrində danışdıq, dedi ki, gömrüyü keçib, təyyarəni gözləyir".
Ətraflı süjetdə:
Poliqon.info