AZ

Putin müharibəni bitirmək istəyir, amma davam edəcəyinə söz verir..?

...Rusiya liderı Vladimir Putin ölkəsinin guya Ukraynada müharibəyə son qoymağa sadiq olduğunu bildirib. Bununla belə, 2025-ci ildə Rusiya “xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmağa davam edəcək”.

SİA-nın məlumatına görə, Putin bunu Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Belə ki, çıxışı zamanı ondan Rusiyanın 2025-ci ildə “münaqişə”yə son qoya biləcəyi soruşulub.

...Putin, “dodaqlarınızla balı için. Biz də münaqişəyə son qoymağa çalışırıq”, deyə bildirib.

Ondan, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və komandasının “Ukraynanın NATO-ya qəbulu gecikdirilsə, münaqişə dondurula bilər” bəyanatları barədə nə düşündüyünü soruşulub.

Buna Putin cavab verib ki, o, Trampın komandasının indi nədən danışdığını bilmir.

...Bunu kim deyir? Seçilmiş ABŞ prezidentinin komandası indi nə deyir, bilmirəm. Mən Baydenin 2021-ci ildə mənə nə dediyini bilirəm. O vaxt o mənə məhz bunu təklif etdi ki, Ukraynanın NATO-ya qəbulunu 10-15 il təxirə salım, çünki o, indi hazır deyil. Mən cavab verdim ki, bəli, o, indi hazır deyil, amma siz onu hazırlayıb qəbul edəcəksiniz. Bizim üçün bu gün və ya 10 ildən sonra nə fərqi var? Gələcək komandanın açıqlamaları ilə tanış deyiləm, amma belədirsə, indiki administrasiya ilə dediyiniz təkliflər arasında nə fərq var? Heç bir fərq yoxdur.

Bunu Putin bildirib.

Gələn il üçün planlar barədə sualı şərh edən Putin, xüsusi hərbi əməliyyatın bütün problemlərini həll edəcəyini söyləyib.

...Bu, bir nömrəli tapşırıqdır. Biz mübarizə aparan oğlanlarımızı dəstəkləyəcəyik. Biz təmas xəttində uğur qazanacağıq, - deyə o əlavə edib.

...Və beləliklə, 2025-ci ildə müharibənin Rusiyanın qələbəsi ilə başa çatacağına inanırmı sualına Putin belə cavab verib: “Mən Allaha inanıram və Allah bizimlədir”.

Əli Babayev

Seçilən
23
sia.az

1Mənbələr