İsrail aviaşirkəti Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra Tel-Əvivdən Moskvaya uçuşları dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən "9-cu Kanal"a məlumat verilib.
"Rusiyanın hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq "El-Al" Tel-Əviv — Moskva marşrutu üzrə bütün reysləri dayandırır", — məlumatda deyilir.
Qeyd edilib ki, gələn həftə vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq, daha sonra uçuşların bərpası barədə qərar qəbul ediləcək və sərnişinlər tezliklə xəbərdar ediləcəklər.