Birləşmiş Ştatlar artan milli borcla bağlı vəziyyəti kökündən dəyişməsə, əslində müflis ola bilər.
Bu fikri İlon Mask bildirib.
"Biz ya bunu düzəldəcəyik, ya da faktiki olaraq iflasa uğrayacağıq”, - deyə o, dövlət borcunun səviyyəsi ilə bağlı Kalshi bukmeker kontorunun X nəşrində qeyd edib.
Noyabrın 15-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 36 trilyon dolları ötüb. ABŞ Konqresinin Büdcə İdarəsinin proqnozlarına görə, 2034-cü ildə bu rəqəm 50 trilyon dolları (ÜDM-in 122%-i) keçəcək. Agentlik 2029-cu ildən 2034-cü ilə qədər ÜDM-in orta illik artımını 1,8% qiymətləndirir.
Cavid