AZ

İlon Mask: “500 milyon il sonra Yer yaşamaq üçün yararsız olacaq” – ÖZƏL

Amerikalı milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Mask Yerin 500 milyon ildən sonra həyat üçün yararsız hala gələcəyini iddia edib. 

Olaylar.az xəbər verir ki, o, bu fikrini X sosial şəbəkəsindəki bloqunda paylaşıb.

Maskın sözlərinə görə, bu dəfə insanlığın əsas təhlükəsi Günəşdən qaynaqlanır. O qeyd edib ki, Günəşin genişlənməsi nəticəsində Yer üzərində həyat sona çatacaq. Bu isə insanlığa ulduzlararası səyahətlərin zəruriliyini bir daha göstərir.

Qeyd edək ki, hələ 2017-ci ildə İlon Mask Yer kürəsinin təbii fəlakətlər səbəbilə məhv ola biləcəyini vurğulamışdı. Daha sonra o, Marsın kolonizasiya edilməsini yeganə çıxış yolu olaraq təqdim etdi. Mask insanlara evlərini və əmlaklarını sataraq, kosmosda məskunlaşmaq üçün vəsait toplamağı tövsiyə edib. Milyarderin fikrincə, artıq yüz il sonra Marsda bir milyon sakini olan şəhər mövcud olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
7
olaylar.az

8Mənbələr