AZ

Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında məhdudiyyətlər götürüldü

Rosaviasiya Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında tətbiq edilən təyyarələrin qəbulu və uçuşuna qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını bəyan edib. Bu barədə Rusiya mediası məlumat yayıb.

“Şimali Qafqaz Federal Dairəsinin üç hava limanında müvəqqəti məhdudiyyətlər bu gün tətbiq edilib. İndi isə götürülüb”,- Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Məhdudiyyətlərin Vladiqafqazda Moskva vaxtı ilə saat 09:45-də, Qroznıda saat 10:30-da, Mahaçqalada saat 11:00-da götürüldüyü bildirilir. Son günlər hər üç bölgədə dorn təhlükələri artıb. Dünən isə Azərbaycana məxsus təyyarə ilə bağlı müəmmalı qərarlar verilib.

 AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Tural

Seçilən
8
news365.az

1Mənbələr