AZ

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib- FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün 119 keçmiş məcburi köçkündən ibarət 21 ailə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində kəndə köçürülüb.

Kənddə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb.

Qarabağ müharibəsi şəhidləri və təyyarə qəzasında həlak olan vətəndaşların xatirəsi yad olunub.

T. Kərimli keçmiş məcburi köçkünləri təbrik edib. Mənzillərin açarları ailələrə təqdim edilib.

Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, şəhidlə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələrin Ballıca kəndində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd içməli su, elektrik enerjisi, təbii qaz və internetlə təmin edilib.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

***

11.46

Xocalı rayonunun Ballıca kəndinə ikinci köç yola salınıb.

APA xəbər verir ki, köç bu gün - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində baş tutur.

Bu gün Ballıca kəndinə 21 ailənin - 119 nəfərin köçürülməsi nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.

Ölkənin müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər kəndə yola salınıb.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, dekabrın 13-də 27 ailə - 152 nəfər Ballıca kəndinə köçürülüb.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
9
1
apa.az

10Mənbələr