Bakı. Trend:
Prezident İlham Əliyev “Sosial sığorta haqqında”, “Tibbi sığortahaqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklikedilməsi barədə qanunu təsdiqləyib.
Trend xəbərverir ki, sənədə əsasən, bu Qanunda nəzərdə tutulan sığorta haqqısığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləriilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tamməbləğdə ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbətiayın 20-dən gec olmayaraq, sığortalı Azərbaycan Respublikasındafəaliyyətini müvəqqəti dayandırdıqda, habelə sığortalı ləğvedildikdə, yaxud fəaliyyətinə xitam verildikdə isə bu barədəmüvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində,lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmişmüddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə hesabattəqdim edilir.
Bu Qanun 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığımsığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığortahaqlarına münasibətdə tətbiq edilir.
Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış vəhəmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası vəpensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dəkqüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız həminmüqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığortahaqlarına tətbiq edilir.
Qeyri-dövlət sektoruna aid edilməyən sığortaedənlərə münasibətdə2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış vəhəmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortasıvə pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dəkqüvvədə olan sosial sığorta haqqı ilə bağlı güzəşt yalnız 2025-ciil yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.