Unibank jurnalistlər
üçün "Dayanıqlı maliyyə: trend və perspektivlər” mövzusunda seminar keçirib. Tədbir
"Media savadlılığı” həftəsi çərçivəsində təşkil olunub. Bankın Dayanıqlılıq üzrə
meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən keçirilən seminarda
dayanıqlılıqla bağlı əsas konsepsiyalar, ölkəmizin iqlim gündəliyi, həm qlobal,
həm də ölkə kontekstində dayanıqlı maliyyənin inkişaf perspektivləri əhatə
edilib.
Ölkəmizin
dayanıqlı inkişaf gündəliyi haqqında seminar iştirakçılarına məlumat verən məruzəçi,
bu istiqamətdə qarşıya qoyulan hədəflər, hazırlanan sənədlər toplusu haqqında məlumatları
seminar iştirakçılarına çatdırıb. Bildirilib ki, ölkəmizin 2022-2026-cı illəri əhatə
edən sosial-iqtisadi inkişaf strategiyasında təmiz ətraf mühit və "yaşıl artım”
ölkəsinə çevrilmək milli prioriteti çərçivəsində müvafiq iqtisadi sektorlar üzrə hədəflər və layihələr müəyyən edilib.
Dayanıqlı maliyyənin maliyyə institutları üçün əhəmiyyətinin vurğulandığı
seminarda, iqlim dəyişmələrinin maliyyə institutları üçün yaratdığı risklər və
fürsətlər müzakirə olunub.
www.anews.az