AZ

"Bu yanlış məlumatı Rusiya tərəfi verib" - Qazaxıstanın Nəqliyyat Nazirliyi

Qazaxıstana AZAL təyyarəsində oksigen balonu partlaması barədə yanlış məlumatı Rusiya tərəfi verib.

"Cebheinfo.az" "Bakupost.az"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 10:53-də Rostovda dislokasiya olunan Uçuşların İdarəolunması Mərkəzinin dispetçer məntəqəsindəki uçuş rəhbəri AZAL-a məxsus təyyarənin sərnişin kabinasında oksigen balonunun partlaması və sərnişinlərin huşunu itirməsi səbəbindən təcili eniş etməli olduqlarını deyib və reanimasiya dəstəyi istəyib:

“Bu barədə məlumat alındıqdan sonra bütün xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib” – deyə, məlumatda qeyd olunub.

O da bildirilib ki, hadisələrin xronologiyası haqqında brifinqdə verilən informasiya da məhz Rostovdakı Uçuşların İdarəolunması Mərkəzinin dispetçerinin məlumatlarına əsaslanıb.

"Cebheinfo.az"

Seçilən
1
12
cebheinfo.az

10Mənbələr