AZ

Çeçenistanda AZAL-a məxsus təyyarənin qəzaya uğramasına görə matəm ELAN EDİLDİ

Çeçenistan Respublikasında Aktau yaxınlığında Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 28-ni matəm günü elan edilib.

Bizim.Media xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, müvafiq sərəncamı respublika başçısı Ramzan Kadırov imzalayıb.

Sənəddə deyilir: “Həlak olanların kədərini, onların ailələrinə və yaxınlarına başsağlığı verərək 28 dekabr 2024-cü il tarixində Çeçenistan Respublikasının ərazisində matəm elan edilib”.


Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Bizim.Media

Seçilən
26
13
bizim.media

10Mənbələr