Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Mövlayevə cinayət işi açılıb.
"Ölkə.az" "Qaynarinfo"ya istinadla xəbər verir ki, Əmirxan Mövlayevlə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
İş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib və 10.01.2025-ci ildə hakim Mübariz Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Ramazan oğlu Mövlayev 03.01.1955-ci ildə Ermənistan Respublikası Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub.
Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.