Birləşmiş Ərəb Əmirliyinə məxsus aşağı büdcəli Flydubai aviaşirkəti Dubaydan Soçi və Mineralnıye Vodıya uçuşlarını müvafiq olaraq ləğv edib.
Məlumata əsasən Flydubai-nin Dubay Beynəlxalq Hava Limanından (DXB) Mineralnıye Vodı Hava Limanına (MRV) reysləri 27 dekabr 2024-cü il tarixindən 3 yanvar 2025-ci il tarixinədək, Soçi Hava Limanına (AER) uçuşlar 28 dekabr 2024-cü il tarixindən 2 yanvar 2025-ci il daxil olmaqla ləğv olunub.
Flydubai sərnişinlərə ləğv edilmiş reyslərin yenidən bron edilməsi və ya pulun qaytarılması variantları ilə bağlı məlumat almaq üçün aviaşirkətin əlaqə mərkəzinə və ya müvafiq turizm agentinə müraciət etməyi tövsiyə edib.