Türk Hava Yollarının (THY) TK415 nömrəli İstanbul-Moskva (Vnukovo) reysi naməlum səbəbdən Polşa hava məkanı üzərindən geri dönərək İstanbula qayıdıb.
Sfera.az xəbər verir ki, hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Məlumata görə, təyyarə planlaşdırıldığı kimi Moskva istiqamətində uçuşunu davam etdirərkən Polşa üzərindən dönərək İstanbul Beynəlxalq Hava Limanına geri eniş edib. Təyyarənin ekipajı və sərnişinlərin vəziyyəti ilə bağlı narahatlıq doğuran bir vəziyyətin olmadığı bildirilib.
Hadisə ilə bağlı təfərrüat və uçuşun geri dönüş səbəbləri barədə araşdırma aparıldığı gözlənilir. THY-dən rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi ehtimal olunur.
Xatırladaq ki, bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Rusiya paytaxtı Moskvaya uçan təyyarə Bakıya eniş edib. (Musavat.com)