İran bu gündən kütləvi hərbi təlimlərə başlayır.
OXU24.COM xəbər verir ki, bu barədə məlumatı İranın müdafiə naziri, general-mayor Əziz Nəsirzadə açıqlayıb.
“Bu şənbə günündən başlayaraq, düşmənin iddialarının əksinə olaraq, müdafiə qabiliyyətimizin azalmadığını, əksinə, əslində gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlərə start veriləcək”, - deyə nazir qeyd edib.