AZ

"Azərbaycan Dəmir Yolları”nda elektron yük qaiməsinin tətbiqinə başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu il beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqinə başlayıb.

Aznews.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, bu həll bir neçə sənədi bir formatla əvəzləməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir, sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır: “Hesab-faktura olduğu kimi qonşu ölkələrin mövcud İT sistemlərinə ötürülür və “vahid daxiletmə” prinsipi ilə işləyən avtomatlaşdırılmış məlumat mübadiləsini təmin edir. Bütövlükdə bu dəyişikliklər gömrük proseslərini sadələşdirir, beynəlxalq ticarətin inkişafına dəstək verir və iqtisadi əlaqələri gücləndirir”.

Seçilən
8
3
aznews.az

8Mənbələr