AZ

İrəvan səfirini Belarusa qaytarmaq niyyətində deyil

İrəvan öz səfiri Razmik Xumaryanı Minskə geri qaytarmaq niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan”ın mənbələri məlumat verib.

Bildirilib ki, səfir 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana geri çağırılıb və o vaxtdan Belarusa qayıtmayıb.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclasında mübahisə ediblər. Paşinyan iclasda onlayn formatda iştirak edib.

Son vaxtlar İrəvanla Minsk arasında münasibətlər xeyli soyuyub. Hər iki ölkənin Xarici İşlər nazirlikləri iyunda nota mübadiləsi aparıblar.

Seçilən
1
4
musavat.com

5Mənbələr