AZ

Suriyadakı Rusiya bazalarında terror qorxusu: Bu ölkələr plan qurub

Vaşinqton və London Rusiyanın Suriyadakı hərbi bazalarına terror hücumları hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun bəyanatında deyilir.

Qeyd olunur ki, ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətləri Rusiyanın Suriyadakı hərbi bazalarına terror hücumları hazırlayır.

Xidmətin məlumatına görə, İŞİD-in nəzarətində olan səhra komandirləri bu hücumları həyata keçirmək üçün pilotsuz uçuş aparatları alıb.

Departament yekun olaraq bildirib ki, vəzifəsindən getmək üzrə olan ABŞ administrasiyası və Britaniya rəhbərliyi Suriyada vəziyyətin sabitləşməsinin qarşısını almaq və Yaxın Şərqdə xaosu saxlamaq niyyətindədir. Onlar hesab edirlər ki, bu xaos onlara geosiyasi məqsədlərinə - regionda uzunmüddətli hökmranlıqlarını təmin etməyə kömək edəcək.

Seçilən
0
15
publika.az

10Mənbələr