Dubay-Moskva reysi ilə uçan təyyarənin Bakıda məcburi eniş etməsinin səbəbi açıqlanıb.
Bu barədə Gundem.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Dünən axşam Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib.
Məcburi enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub", məlumatda deyilir.