“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ölkə.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Teymur Kərimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən İstək Totiyevaya iki il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Teymur Kərimovun 9 il , İstək Totiyevanın isə 3 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
İstək Totiyevanın barəsində isə həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə zalından həbs edilməsi istənilib.
Qeyd edək ki, Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər.
İstək Totiyevanın barəsində cinayət işi başlanıb. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.