İranın xarici işlər naziri Abbas Əraqçi Pekinə səfər edib və çinli həmkarı Vanq Yi ilə danışıqlar aparıb.AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, Əraqçi bildirib ki, İran və Çin arasındakı münasibətlər iki ölkənin qədim sivilizasiyalarına söykənir. O, qlobal və regional problemlərə görə İran və Çin arasında əməkdaşlığın, məsləhətləşmələrin zəruri olduğunu deyib.İranın xarici işlər naziri iki ölkə arasında strateji əməkdaşlıq sazişinin icrasına nəzarət etmək üçün Çinə səfər edib. Abbas Əraqçi qeyd edib ki, iki ölkə müxtəlif sahələrdə qarşılıqlı həmrəyliyi gücləndirən 25 illik hərtərəfli əməkdaşlıq planının həyata keçirilməsi ilə siyasi etimad və əməkdaşlığı gücləndirib.Əraqçinin sözlərinə görə, bu tərəfdaşlıq güclü təməl üzərində qurulub və geniş sahələri əhatə edir. "İran və Çin təkcə ikitərəfli və regional məsələlərdə deyil, həm də beynəlxalq arenada ümumi maraqları bölüşür" - deyə o, qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta