1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranın müdafiə naziri Əziz Nəsirzadə ölkədə Silahlı Qüvvələrin silsilə hərbi təlimlərə başlayacağını açıqlayıb.
"ABŞ və İsrail Suriyadan sonra növbənin Yəmən və İrana çatacağı barədə işarələr verir. Biz Suriyada sabitliyin təmin olunmasına kömək edirdik, ancaq indi qarışmırıq. Düşmənin iddia etdiyinin əksinə olaraq müdafiə gücümüz azalmayıb", - deyə İranın müdafiə naziri vurğulayıb.
Müdafiə naziri əlavə edib ki, İran öz hərbi gücünü artırır və nə olursa olsun, hadisələrin istənilən formada inkişafına hazır olacaq.