AZ

Böyük qalmaqal: Məşqçi bir ildir Ukraynaya qayıtmır

Tennis üzrə Ukrayna milli komandasının məşqçisi Aleksandr Tomarev bir ilə yaxındır ki, ölkə xaricindədir.

Publika.az xəbər verir ki, bu barədə “Tribuna.com” məlumat yayıb.

Mənbənin sözlərinə görə, mütəxəssis 2024-cü il yanvarın 6-da Avstraliya Açıq çempionatında nümayəndə heyətinin rəhbəri kimi Ukraynanı tərk edib və o vaxtdan vətəninə qayıtmayıb. Tomarev sonuncu dəfə həmin ilin mayında yenidən milli komandaya cəlb olunub.

Maraqlıdır ki, 2024-cü ilin oktyabrında Uhanda keçirilən WTA turnirində Aleksandr neytral bayraq altında çıxış edən rusiyalı tennisçi Daria Kasatkinanın komandasında olub.

Seçilən
1
16
publika.az

10Mənbələr