AZ

Heydər Əliyev adına Beynəlxlaq Hava Limanında SON VƏZİYYƏT - FOTO

Xəbər verdiyimiz kimi Vətənə gətirilən AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan 3 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 24 Azərbaycan vətəndaşının nəşi hava limanında gözləyən cənazə maşınlarına qoyularaq ailələrinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, hazırda paytaxt mərkəzi və Heydər Əliyev adına Beynəlxlaq Hava Limanında avtomobil sıxlığı yaşanır.

Qeyd edək ki, qəzada həlak olan 3 ekipaj üzvü - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.


Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.


Bizim.Media

Seçilən
16
2
bizim.media

10Mənbələr