AZ

Bakıda balaca futbolçunun dəfnindən ÜRƏK DAĞLAYAN VİDEO+FOTOREPORTAJ

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanovun nəşi Azərbaycana gətirilib.

Sportinfo.az xəbər verir ki, Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Mərhum uşağın nəşini hava limanına toplanan hər kəs göz yaşları ilə qarşılayıb.

Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.

Vida mərasimindən sonra mərhum dəfn edilmək üçün Suraxanı rayonundakı Tatar qəbiristanlığına aparılıb (qafqazinfo).

Məhəmmədəli futbolçu olub. O, “Gənclik” futbol klubunda oynayıb.

Allah rəhmət eləsin!



























Seçilən
10
18
sportinfo.az

10Mənbələr