AZ

Britaniya Xarici İşlər Nazirliyi: “Putinin üzr istəməsində məsuliyyətin etirafı yoxdur”

Bu gün, 02:46

Böyük Britaniya Xarici İşlər Nazirliyi (Forin-ofis) Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana etdiyi üzrxahlıqla bağlı açıqlama verib. Açıqlamada vurğulanıb ki, Putinin bəyanatında Rusiyanın məsuliyyətsiz və düşünülməmiş addımlarının digər dövlətlərin maraqlarına və milli təhlükəsizliyinə böyük və birbaşa təhlükə yaratdığına dair heç bir etiraf yoxdur.
Musavat.com xəbər verir ki, “Forin-ofis” nümayəndəsi bildirib:

“Prezident Putinin bəyanatında Rusiyanın məsuliyyətsiz davranışlarının digər dövlətlər üçün yaratdığı təhdidlərə dair hər hansı bir etiraf yoxdur. Biz tam və müstəqil araşdırmanın aparılmasını tələb edirik.”
Bu açıqlama, Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı yaranan beynəlxalq rezonans fonunda verilib. Britaniya tərəfi bu məsələdə şəffaflıq və ədalətli araşdırmanın zəruriliyini vurğulayaraq, məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Hadisə ilə bağlı araşdırmalar davam edir, lakin bu bəyanat beynəlxalq ictimaiyyətin diqqətini bir daha Rusiyanın hərbi fəaliyyətlərinin təhlükəli nəticələrinə yönəldib.
Reportyor.tv

SON DƏQİQƏ! İranda TERROR AKTI - Kamikadze özünü partlatdı » www.REPORTOR.tv 

Partladılan Rusiya gəmisinin yükü ilə bağlı ŞOK MƏLUMAT » www.REPORTOR.tv 

Seçilən
3
1
Reportyor.tv

10Mənbələr