AZ

"Bu, gənclərin rəqəmsal mühitdə işlə təmin olunmasına ciddi təkan verəcək" - Əhməd İsmayılov

Bu gün Azərbaycan Medianın İnkişafı Agentliyi və media subyektlərinin, ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin imza atdığı memorandum, eyni zamanda, MEDİAlab layihəsi çərçivəsində həyata keçirilən tədbirlər ölkəmizdə milli kadr potensialının formalaşmasına və ali təhsil müəssisələrindən məzun olmuş gənclərin rəqəmsal mühitdə işlə təmin olunmasına ciddi təkan verəcək.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, bu layihənin əsas məqsədi media subyektlərində çalışmaq istəyən gənclərimizin dövlət tərəfindən stimullaşdırılmasıdır. Bu, həmçinin yaxın gələcəkdə Azərbaycanda həm yeni milli media məhsullarımızın, eləcə də jurnalistlərimizin formalaşmasına imkan verəcək.

Seçilən
325
41
unikal.az

10Mənbələr