Orta məktəbdə dava zamanı 14 yaşlı şagird 15 yaşlı sinif yoldaşını bıçaqlayaraq öldürüb.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatında orta məktəbdə şagirdlər arasında dava düşüb. Southeast Raleigh Liseyinin idman zalında dava zamanı qan tökülüb. Davada bir tələbə bıçaqlanaraq öldürülüb.
Dava zamanı daha bir şagird yüngül xəsarət alıb.
Dostunu bıçaqlayaraq öldürən uşağın anası Şerel Maklaflin oğlunu müdafiə edərək, onun bu addımı özünü qorumaq üçün atdığını deyib.
Kameralara düşən davanın bir yerində iki tələbənin üz-üzə qaldığı, daha sonra qara gödəkçəli gəncin qırmızı gödəkçəli tələbəyə yumruq atması, tələbənin də öz yumruğu ilə cavab verdiyi görülüb. Daha sonra digər tələbələr də davaya qarışanda hadisə böyüyüb.