AZ

Bu gün regionda ABŞ-a ən çox lazım olan dövlət Azərbaycandır -Xəyal Bəşirov- ÖZƏL

"Ümumiyyətlə ABŞ-ın və ABŞ-ın yürütdüyü siyasətə uyğun, o qəbildən siyasət yürüdən dövlətlərin mövqelərinin həmişə bu şəkildə şahidi olmuşuq. Onları narahat edən yalnız və yalnız onların maraqlarıdır, onların mənafeləridir və onlar heç bir halda digər dövlətlərin maraqlarına və mənafelərinə hörmətlə yanaşmaq istəmirlər." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov vurğulayıb: "Hansısa bir dövlət, o cümlədən də Azərbaycan öz haqqını tələb edirsə və bu haqqının həyata keçməsi istiqamətində real güc ortaya qoyursa, bu həmin o dövlətlər tərəfindən, o cümlədən də ABŞ tərəfindən həzm edilə bilmir. Baxmayaraq ki, bu gün regionda ABŞ-a ən çox lazım olan dövlət Azərbaycandır. Bu gün Ermənistan əslində özü özlüyündə dövlət, ərazi, əhali olaraq ABŞ üçün heç bir önəm kəsb etmir. Düzdür, ərazi baxımından Ermənistan öz ərazisini ABŞ da daxil olmaqla Qərb dövlətlərinin plastarmına çevirməyə hazır olduğunu bildirir. Bu baxımdan, Ermənistan ABŞ-ın işinə yarayır, amma ümumilikdə götürsək, bu hamiliyi bir kənara qoysaq Ermənistanın özünün dövlətçilik maraqları baxımından Ermənistan ABŞ üçün zərrə qədər belə əhəmiyyət kəsb etmir. Ona görədir ki, onlar Ermənistanın məğlubiyyətə uğramasından sonra belə onun Azərbaycanla qarşıdurmaya getməsi üçün əllərindən gələni edirlər. Bu gün ABŞ Cənubi Qafqazdan çıxmaq istəmir, amma Cənubi Qafqazda dominant qüvvə olan, söz sahibi olan şərtləri bəlirləyən Azərbaycanla qarşıdurma mövqeyi tutub. Təbii ki, müəyyən mənada bu fikirlər pafos şəkilində səsləndirilə bilər: "Azərbaycan kiçik  dövlətdir, yenicə müstəqilliyini bərpa edib, ABŞ Sovetlər ittifaqına qalib gələn fövqəl dövlətdir." Təbii ki, bu belədir. Amma ABŞ-ın fövqəl dövlət olmasını şərtləndirən amillərdən biri də, onun ayrı-ayrı regionlardakı müttəfiqləridir. Əgər, Cənubi Qafqaz bu gün təkcə ABŞ üçün deyil, ümumilikdə Qərb dövlətləri üçün, dünya üçün çox əhəmiyyətli region kimi seçilirsə, bu gün Cənubi Qafqaz və Cənubi Qafqazın aparıcı qüvvəsi olan Azərbaycan dövləti şimal, cənub, şərq, qərb qütbündə yerləşirsə, bu halda ABŞ istəsə də, istəməsə də özünün fövqəl, hegemon dövlət olması amilini qoruyub saxlamaq üçün Azərbaycanla münasibətlərini qoruyub saxlamalıdır. Azərbaycanla münasibətlərinə hörmətlə yanaşmalıdır və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tələb etdiyi məqamlara hörmətlə yanaşmalıdır. Əks tədqirdə ABŞ-ın fövqəl dövlət olması reallığını axsadacaq, o aktuallığını itirəcək bir regionu itirmək təhlükəsi qarşısında olacaq. Çünki, bu gün Cənubi Qafqaz ABŞ üçün təkcə Azərbaycan demək deyil. Təkcə Gürcüstan, Ermənistan demək deyil. Bu gün Cənubi Qafqaz ABŞ üçün İran deməkdir, Rusiya deməkdir, Türkiyə deməkdir. Ümumilikdə Yaxın Şərqdən Uzaq Şərqə gedən bir yol deməkdir. O baxımdan biz nəzərə alsaq ABŞ-ın Cənubi Qafqazla bağlı, o cümlədən də Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycan və Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə maraqlarını uzlaşdırmaq məcburiyyətindədir. Əks təqdirdə 907-ci düzəliş və yaxud Azərbaycan dövlətinə qarşı hansısa bir mövqelərin sərgilənməsi Azərbaycanı onun haqlı yolundan döndərə bilməz. Bu sadəcə və sadəcə ilk öncə ABŞ-a itkilər yaşadacaq. Təbii ki, biz də istəyərik ki, ABŞ kimi ticarət tərəfdaşımız olsun, ABŞ kimi fövqəl dövlətlə bütün istiqamətlərdə, siyasi, iqtisadi, diplomatik, enerji, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığımızı davam etdirək, bunu da daha da inkişaf etdirək. Amma bu bizə nə qədər lazımdırsa, ABŞ-a da bir o qədər lazım olmalıdır. Əks təqdirdə əgər ABŞ-a bizimlə əməkdaşlıq lazım deyilsə, o zaman bizə də lazım deyil. Necə ki, biz öz addımlarımızla, yürütdüyümüz siyasətlə artıq büruzə vermişik."

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
424
50
olaylar.az

10Mənbələr