AZ

Bizi öldürən ÜRƏK AĞRISI...

Azərbaycan hazırda dünyada ürək xəstəliyindən ölən insanların sayına görə ilk “10-luq”da yer alır.Bu barədə məlumatı beynəlxalq təşkilatların statistikası əsasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist İbrahim Nəbioğlu ictimailəşdirib.Maraqlıdır, ökəmizdə ürək-damar xəstəliklərinin geniş yayılmasının səbəbi nədir?Bununla bağlı invaziv-kardioloq Şəmşir Vəliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda ürək və qan-damar sistemi xəstəlikləri ölüm səbəbləri arasında birinci yeri tutur:"Ürək və qan-damar xəstəlikləri irsi xarakter daşıyır. Əgər anada xəstəlik varsa, övlad da xəstə ola bilir. Ürək, qan-damar xəstəliyinə şəkərli diabet, arterial hipertoniya, böyrək xəstəliyi və s. digər patoloji hallar səbəb olar bilər. Bunlarla yanaşı, tütün məhsullarının istifadəsi, passiv həyat rejimi və digər zərərli vərdişlər də ürək xəstəliklərinin yaranmasına birbaşa səbəb olur".Kardioloq qeyd edib ki, Azərbaycanda son zamanlar gənclər arasında da ürək və qan-damar xəstəliyi yayılıb:"Energetik içkilərdən, qəlyandan geniş istifadə olunması və müxtəlif narkotik maddələrin qəbulu gənclərdə bu xəstəliklərin yaranmasına səbəb olur. Ürək, qan-damar xəstəliklərinin qarşısını almaq üçün aktiv həyat keçirmək, idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq vacibdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
412
15
dia.az

10Mənbələr