AZ

Argentina BRİCS-ə üzvlükdən imtina edib

Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin hökuməti BRİCS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulmaq niyyətində deyil.

“Report” xəbər verir ki, bunu Mileyin xarici siyasət məsələləri üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib.

"Argentina BRİCS-ə qoşulmayacaq", - o, “X” sosial şəbəkəsində (keçmiş tviter) yazıb.

Noyabrın 19-da Argentinada prezident seçkilərinin ikinci turu keçirilib. Sağçı “Azadlıq gəlir” koalisiyasından namizəd olan libertar deputat Miley iqtisadiyyat naziri Serxio Massanı məğlub edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
499
1
report.az

10Mənbələr

Şərh ()
Bağla