AZ

Mourinyo “Servett”lə heç-heçə haqda danışdı

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Servett”lə heç-heçə (1:1) haqda fikirlərini bildirib.

Arena.az “Roma”nın rəsmi saytına istinadən portuqal mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bunlar vacib anlar idi, amma ikinci hissənin əvvəlində baş verənlər də vacib idi – bu isə baş verməkdə davam edir. Təəssüf ki, fasilədə paltardəyişmə otağında kameralar yox idi, çünki mən həmişə onların (futbolçuların – redaktorun qeydi) kəlləsinə bunu yeridirəm. Onlara xəbərdarlıq edirəm ki, evdə bütün azarkeşləri önündə oynayan, 0:1 hesabı ilə uduzan komandaya qarşı ikinci hissəyə çıxmaq gərkdir.

Əlbəttə ki, rəqib dişlərini qıcadıb çıxacaq. Oyunun bu anını çox yüngül qəbul etdik. Daha bir fürsəti əldən vermiş futbolçular var”, – deyə Mourinyo təəssüflə bildirib.

5 turdan sonra “Roma” “G” qrupunda 10 xalla, lider “Slaviya Praqa”nı təqib edir, Çexiya təmsilçisinin 12 xalı var. “Servett”in 5, autsayder “Şerif”in isə 1 xalı var.

Vurğulayaq ki, “Roma” cari mövsüm Avropa Liqasının favoritlərindən biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
497
21
arena.az

10Mənbələr