Ukrayna münaqişəsi ətrafındakı vəziyyət və Kiyevin müttəfiqlərinin davranışları Rusiyanın müharibədə qalib gələ biləcəyindən xəbər verir. Metbuat.az xəbər verir ki, bu barədə “The Economist” yazıb. Məqalədə deyilir ki, münaqişə uzun illər davam edə bilər, lakin artilleriya mərmiləri ehtiyatını və pilotsuz təyyarələrin istehsalını artıran Rusiya 2024-cü ildə münaqişəni davam etdirmək üçün Ukraynadan daha yaxşı vəziyyətdə olacaq. Bildirilib ki, Moskva adminstrasiya müharibədən uğurla istifadə edərək, elitanın parçalanmasından və sosial iğtişaşlardan qaçıb. Həmçinin Rusiya neft satışlarından əhəmiyyətli gəlirlər əldə etməkdə davam edir. Çünki Qərbin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq cəhdləri uğursuzluğa düçar olub.