AZ

Güclü vulkan külü 3000 metr hündürlüyə püskürüb

Güclü

Bazar günü İndoneziyanın Qərbi Sumatra əyalətində Merapi vulkanı püskürüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Milli Fövqəladə Hallar İdarəsinin məlumatına görə, güclü vulkan nəticəsində kül 3000 metr hündürlüyə qədər qalxıb.

Vulkan yerli vaxtla saat 14:54-də püskürüb və külünü yüksək intensivliklə yaxınlıqdakı ərazilərə səpələyib.

Səlahiyyətlilər sakinlərə və ziyarətçilərə 3 kilometr radiusunda hər hansı fəaliyyətlə məşğul olmağı qadağan edib. Vulkanla əlaqədar ikinci ən yüksək xəbərdarlıq səviyyəsi elan olunub.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
521
12
reyting.az

10Mənbələr