İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürməyə başlayıb.
"Aznews.az" xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Riskin Azaldılması Mərkəzinin rəhbəri Hendra Qunavana deyib.
"Şərqə doğru gedən güclü boz kül sütunu müşahidə edilib. Püskürmə hələ də davam edir", - deyə o bildirib.