AZ

İngiltərə klubu De Xeanı hədəfə aldı: Ümidləri ona qalıb

"Nyukasl" ispaniyalı qapıçı David de Xeanı transfer etməyi düşünür.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Sağsağanlar" çiynindəki zədə səbəbindən 4-5 ay yaşıl meydanlar uzaq qalması gözlənilən Nik Popa əvəzləyici axtarır. İngiltərə millisinin üzvünün komandadakı alternativləri Martin Dubravka, Loris Karius və Mark Qillispidir. Lakin məşqçilər korpusunda onların Niki adekvat şəkildə əvəz edə biləcəyinə dair şübhələr var.

Buna görə De Xea variantı nəzərdən keçirilir. 33 yaşlı əlcək sahibinin azad agent olması onu transfer etmək ehtimalını artırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
4
publika.az

4Mənbələr