AZ

Türkiyə və Ukrayna Ankarada siyasi məsləhətləşmələr aparacaq

Bu gün Türkiyə və Ukrayna arasında regional məsələlər üzrə siyasi məsləhətləşmələr aparılacaq.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

“5 dekabr 2023-cü il tarixində Türkiyə Xarici İşlər Nazirinin müavini səfir Burak Akçapar və ukraynalı həmkarı Yevgeni Perebiynisin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli və regional məsələlərə dair siyasi məsləhətləşmələr baş tutacaq”, - deyə mələumatda qeyd edilib.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
16
bizim.media

10Mənbələr