AZ

Prezident İlham Əliyev Tailand kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər verir.

Məktubda deyilir:

“Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

DOĞRU.AZ

Seçilən
250
49
Mənbələr
Şərh ()
Bağla