AZ

Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib

Xəzərdə əməkdaşlıq yüksək səviyyəyə çatıb və Xəzər Şurasının yaradılması onu daha da inkişaf etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirlər ilə görüşündə deyib.

    “Bu gün biz əminliklə deyə bilərik ki, Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur. Bizim işimizin səmərəliliyini Xəzər Şurasının yaradılması, əməkdaşlıq forumu, heç bir bürokratik sxemsiz dialoq vasitəsilə artırmaq olar. Bugünkü iclasımız bu vəzifələrə həsr olunub, biz Xəzər sammitlərinin qərarlarının həyata keçirilməsi kontekstində mühüm əhəmiyyət kəsb edən mövzuların geniş spektrini müəyyənləşdirmişik və biz bir sıra praktiki məsələlərə, bir sıra sənəd layihələrinə diqqət yetirəcəyik, onları nəzərdən keçirəcəyik”, - deyə Rusiya XİN başçısı vurğulayıb./APA

    Seçilən
    53
    5
    bakivaxti.az

    6Mənbələr