AZ

Bakı Metropoliteni: Sərnişinlərin sayı azalıb

2023-cü ilin noyabr ayında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 20 milyon 227 min 18 sərnişin daşıyıb. Bunlardan 516 min 706 nəfəri güzəştli sərnişinlər olub.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qurumun məlumatına görə, “Bakı Metropoliteni” QSC orta statistik hesabla gün ərzində 674 min 234 sərnişinə daşıma xidməti göstərib.

“Noyabrın 20 iş günü ərzində orta statistik gündəlik sərnişindaşıma 775 min 419 nəfər, 10 qeyri-iş günündə isə 471 min 865 nəfər olub. “Bakı Metropoliteni” QSC-nin tarixində ən çox sərnişin daşınan dövrlə (2019) müqayisədə, cari ilin noyabrında 6.3 faiz az sərnişin daşınıb. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.9 faiz və ya 183 min 313 sərnişin çox daşınıb”, - deyə qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində “Bakı Metropoliteni” QSC-dən 5 milyon 703 min 758-i güzəştli olmaqla, 198 milyon 202 min 447, orta statistik hesabla gündəlik 593 min 421 sərnişin istifadə edib. Bu rəqəm 2019-cu ilin 11 ayından 7.3 faiz az, 2022-ci ilin müvafiq dövründən isə 5.8 faiz çox olub.

“Cebhe.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
13
cebheinfo.az

10Mənbələr