"Bolt Food Azərbaycan"ın rəhbəri vəzifəsinə Dilarə Tomtiyeva təyin edilib.
Bu barədə Marja.az-a Bolt şirkətindən bildirilib.
Qeyd edilib ki. o, ölkədə xidmətin inkişafı, biznes proseslərinin təşkili və işlərin əlaqələndirilməsi, eləcə də digər şəhərlərə genişləndirilməsi üçün cavabdeh olacaq.
Direktor Dilarə Tomtiyeva və onun komandası müştərilərə yüksək səviyyədə xidmət göstərmək və Azərbaycanda restoran biznesinin inkişafı üçün innovativ həllər təklif etmək, eləcə də daha çox istifadəçinin yemək çatdırılması xidmətlərindən yararlanmasını və Bolt Food xidmətininin inkişafını təmin etmək üçün restoranlarla sıx əməkdaşlıq etməyi planlaşdırır.
"Startapın inkişaf etdirilməsində təcrübəyə malik olan biri kimi layihələrlə işdə hər zaman innovasiyaları dəstəkləyirəm. Mənim üçün yeməklərin çatdırılması sahəsi peşəkar təcrübəmin yeni mərhələsi olacaq", -"Bolt Food Azərbaycan"ın rəhbəri Dilarə Tomtiyeva qeyd edib.
“Bolt həmişə xidmətlərini təkmilləşdirməyə çalışır. Xidmətin inkişaf etdirilməsi üçün hər zaman innovativ yanaşmaları sınamaqdan məmnunuq. Dilarə Tomtiyeva kimi təcrübəli şəxsin gəlişi "Bolt Food-u Azərbaycan"da yeni səviyyəyə qaldıracaq", - Bolt Food-un Ukrayna və Şərqi Avropadakı regional meneceri İvan Qrinçuk deyib.