AZ

Bu valyuta 10 min dollar BAHALAŞDI

"Bitcoin"in qiyməti 7 aprel 2022-ci ildən bəri ilk dəfə 43 min dolları ötüb.

Publika.az xəbər verir ki, bunu "Coindesk" ticarət platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 21:29-a olan məlumata görə, "bitcoin"in qiyməti 5,83% artaraq 43 760 dollara çatıb. Bununla belə, Bakı vaxtı ilə saat 21:31-də artımda bir qədər yavaşlama müşahidə olunub və kriptovalyutanın məzənnəsi 43,558 dollar (4,54%) səviyyəsində sabitləşib.

Bir gün əvvəl ilk kriptovalyutanın dəyəri 2022-ci ilin aprelindən bəri ilk dəfə olaraq 40 min dolları ötüb. Bir gün ərzində kriptovalyutanın dəyəri 1097 dollar artıb. Oktyabrın ortalarından bəri sürətlə yüksələn "Bitcoin", ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən ilk spot kriptovalyuta birja fondunun (ETF) təsdiqlənməsi perspektivi ilə bağlı təsir edici yüksəlişi davam etdirir.

"Bloomberg" yazır ki, bir aydan az müddətdə ilk kriptovalyutanın məzənnəsi investorların aktiv marağını vurğulayaraq, demək olar ki, 10 min dollar artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
338
21
publika.az

10Mənbələr